Türkiyə “F-35”i “Su-35” və “Su-57” ilə əvəz edə bilər

04:00 29-08-2019 864

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “F-35” təyyarələrinin əvəzinə Rusiya istehsalı olan “Su-35” və “Su-57” döyüş təyyarələrinin alınacağını istisna etməyib.

Reuters” xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rusiyaya səfəri ilə bağlı jurnalistlərin suallarına cavab verərkən deyib.

“Niyə də yox? Biz bura əbəs yerə gəlməmişik”, - deyə Ərdoğan bildirib.

O, həmçinin qeyd edib ki, qərar ABŞ prezidenti Donald Trampla telefon danışığından və Türkiyənin “F-35” proqramında iştirakı ilə bağlı ABŞ-ın yekun mövqeyini dəqiqləşdirdikdən sonra veriləcək.