Caz müğənnisi Nensi Hollouey vəfat edib

04:36 29-08-2019 803

Ötən əsrin 60-cı illərində məşhur olmuş Amerika caz müğənnisi Nensi Hollouey (Braun) Parisdə vəfat edib

TASS xəbər verir ki, müğənni 86 yaşında öz evində ölüb.

Qeyd edək ki, o, karyerasına Klivlenddə, rəqqasə kimi başlayıb. Lakin 1960-cı ildə Parisə gələrək musiqişünaslıqla ilə məşğul olub.

Nensi Hollouey 5 albom buraxdırıb və 9 filmə çəkilib. Müğənni 2008-ci ildə səhhətindəki problemlərə görə səhnədən gedib.