Çin imperatorunun milyonlarla dəyəri olan vazası İsveçrədə tapıldı - FOTO

02:00 24-06-2019 1866

Mütəxəssislərin isveçrəli bir ailədə təsadüfən aşkarladığı qədim Çin vazası hərracda təxminən  5 milyon dollara satılıb.

Ailəyə məxsus əntiq əşyaları dəyərləndirmək üçün dəvət olunmuş ekspert Reqqi Praysverk heç kimin diqqətini çəkməyən, içərisinə tennis  topları yığılmış qədimi vazanı görəndə heyrətlənib.

300 il əvvəl Çin imperatorunun sifarişi ilə hazırlanmış, üzərində oymalarla simurq quşu təsviri işlənmiş nadir əşya dərhal mütəxəssislərin diqqətini çəkib.

İsveçrədə Koller hərracında başlanğıc qiyməti 79 260 dollar olan qədim vaza 4,9 milyon dollara satılıb.

Maraqlıdır ki, vazanın sahibi olan ailə onun orjinal olmasından xəbərsiz olub və qədim vazanın surəti olduğunu düşünürmüş.