Meksikada bara hücum zamanı 28 nəfər öldürüldü - FOTO

07:45 29-08-2019 979

Meksikada Verakruz ştatının Koatzakoalkos şəhərində bara hücum nəticəsində 28 nəfər öldürülüb.

TASS xəbər verir ki, bunu regionun baş prokuroru Xorxe Vinkler Ortis bildirib.

Xəstəxanada yanıq xəsarətləri almış daha 9 nəfər qalır. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Hüquq-mühafizə orqanları cinayətkarları axtarır. Ehtimala görə, hücumu “Yeni Halisko nəsli” narkokarteli həyata keçirib.

Meksika prezidenti Andres Manuel Lopes Obrador Baş Prokurorluğun faciənin dəqiq araşdırılmasına söz verib.