"Qarabağ" tarix yazmağa çalışacaq

09:36 29-08-2019 634

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ” Bakıda Şimali İrlandiyanın “Linfild” klubunu qəbul edəcək.

HerGun.Az xəbər verir ki, səfərdə rəqibinə 2:3 hesabı ilə məğlub olan Ağdam təmsilçisi növbəti tarix yazmağa çalışacaq.

Minimal hesablı qələbə Ağdam təmsilçisini Avropa Liqasının qrup mərhələsinə çıxaracaq.

Saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu rusiyalı baş hakim Sergey İvanov idarə edəcək.