Baş məşqçi sevincindən öldü

11:09 29-08-2019 798

İngiltərənin "Sliford Reyncers" futbol klubunun baş məşqçisi Cim Peysi meydançaya çıxaraq komandasının qələbəsinə sevindikdən sonra vəfat edib.

Hadisə "Briqq Taun" komandasına qarşı keçirilən rəsmi oyunda baş verib.

Baş məşqçi komandasının böyüklər arasında rəsmi səviyyədə ilk qələbəsinə meydançada sevindikdən sonra paltardəyişmə otağına qayıdarkən ot örtüyünə yıxılıb.

Həkimlər 50 yaşlı C.Peysinin həyatını xilas edə bilməyiblər.