İlk insan belə görünüb - FOTO

12:18 29-08-2019 756

Mütəxəssislər 2016-cı ildə Efiopiyada tapılmış insan kəlləsinin tədqiqini başa çatdırıblar.

Onlar tədqiqatın yekununda ilk insanın görünüşünün modelini hazırlayıblar.

Mütəxəssislər tapılmış insan kəlləsinin 3,6-4,1 milyon il əvvələ aid olduğunu təxmin edirlər. Elm adamlarının fikrincə, Efiopiyanın Afar bölgəsində aşkarlanmış skelet yaxşı vəziyyətdə qalıb.

Bu amil mütəxəssislərə kəllənin əsasında ilk insanın necə göründüyünü təsvir etməyə imkan verib.