Husilər yenidən Səudiyyə Ərəbistanının hava limanına hücum ediblər

04:45 24-06-2019 614

Səudiyyə Ərəbistanında hava limanı atəşə tutulub.

“Reuters” xəbər verir ki, hadisə ölkənin cənub-qərbindəki Abha şəhərində baş verib.

Atəş nəticəsində 8 nəfər xəsarət alıb. Onlardan biri aldığı xəsarətdən sonra ölüb. Ölən şəxsin Suriya vətəndaşı olduğu bildirilir.

Hücum zamanı hava limanı bir saatlıq işini dayandırıb.

Hava limanına hücumun pilotsuz uçan aparatla həyata keçirildiyi bildirilir.