Türkiyə ordusu İraqın şımalında 96 terrorçu zərərsizləşdirib

05:00 24-06-2019 653

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında davam edən “Pəncə” əməliyyatı çərçivəsində daha bir PKK terrorçusunu məhv edib.

“Anadolu” xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, bununla da, mayın sonlarından İraqın Hakurk rayonu ərazisində məhv edilən terrorçuların sayı 58-ə çatıb.

Bu ərazidə həmçinin terrorçuların mağarası aşkarlanaraq məhv edilib. Mağarada zenit qurğusu, snayper tüfəngi və digər silah-sursatlar aşkarlanıb.

Qeyd edilir ki, mayın 27-dən İraqın şimalındakı Qəndil, Avaşin-Basyan, Metin və Hakurk rayonları ərazilərində ümumilikdə 96 terrorçu zərərsizləşdirilib.