PSJ yenə "Barselona"ya "yox" dedi - Neymar üstündə "qırğın" gedir

16:18 29-08-2019 769

İspaniyanın "Barselona" futbol klubu və Fransanın PSJ komandası arasında braziliyalı hücumçu Neymarın transferi barədə gedən danışıqlar yenə uğursuzluqla nəticələnib.

RMC-nin verdiyi məlumata əsasən, son bir neçə gün davam edən intensiv danışıqlar zamanı ispaniyalılar Neymarın müqabilində 170 milyon avro təklif etsələr də, fransızlar buna rədd cavabı veriblər.

Xatırladaq ki, Neymar 2017-ci ildə 222 milyon dollara "Barselona"dan PSJ-yə keçib. Futbolçunun özü əvvəlki kluba qayıtmaq istədiyini deyir.