Rusiya yeni hipersəsli raketi sınaqdan keçirir

18:45 29-08-2019 767

Rusiya gəmi əleyhinə "Sirkon" hipersəsli raketi sınaqdan keçirir.

TASS xəbər verir ki, bunu "Taktiki raket silahı" korporasiyasının baş direktoru Boris Obnosov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə intensiv iş aparılır: "İşlər sifarişçi ilə razılaşdırılmış tarixdə başa çatacaq".

B.Obnosov əlavə edib ki, yerüstü hədəfləri vurmaq üçün "Sirkon"un yaradılması imkanı barədə danışmaq hələ tezdir: "Çünki hələlik onun indiki variantda sınaqlarını başa çatdırmaq lazımdır".

Qeyd edək ki, "Sirkon" havada min kilometrdən artıq məsafəni qət edə biləcək.