Copa Amerika: Argentina ¼ finala vəsiqə qazandı

07:45 24-06-2019 1683

Braziliyada keçirilən “Copa Amerika”nın B qrupunda sonuncu turun oyunları keçirilib.

“TASS” xəbər verir ki, Argentina millisi Qətər yığmasını 2:0 hesabı ilə məğlub edib və play-off mərhələsinə vəsiqə qazanıb.

Qolları Lautaro Martinez (4 dəq.) və Serxio Aquero (82 dəq.) vurublar. İyunun 28-də “Marakana” stadionunda argentinalılar Kubokun ¼ final mərhələsində Venesuela yığması ilə qarşılaşacaqlar.

Qrupun digər oyununda Kolumbiya yığması Paraqvaya 1:0 hesabı ilə qalib gəlib.

Bununla da Kolumbiya komandası 9 xalla qrup birincisi olub.

Qeyd edək ki, Amerika Kuboku iyulun 7-də başa çatacaq.