Zöhrab Mnatsakanyan: Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin görüşü planlaşdırılır

21:45 29-08-2019 592

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin görüşü planlaşdırılır.

Bu barədə “Sputnik Ermənistan” xəbər yayıb.

Bildirilib ki, bu barədə Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan özü açıqlama verib.

O, deyib ki, dəqiq tarix demək mümkün deyil, amma bununla bağlı dialoq davam edir.

Mnatsakanyanın sözlərinə görə, ümumiyyətlə, bu il Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi olduqca dinamik olub və tərəflər bu prosesi dondurmaq niyyətində deyillər.

Lakin dövlət başçıları səviyyəsində görüşlə əlaqədar olaraq Mnatsakanyan hər hansı məlumat verməyib.

Qeyd edək ki, sonuncu dəfə Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan 20 iyun 2019-cu ildə Vaşinqtonda görüşmüşdülər.