Meksika başçısı kasıblara kömək etmək üçün president evini satir

08:27 24-06-2019 752

Meksika prezidenti Andres Manuel Lopes Obrador ölkə başçısı üçün nəzərdə tutulmuş istirahət evinin satılacağını bəyan edib.

O, bildirib ki, Kintano-Roo ştatındakı Kosumel adasında yerləşən evin satışından əldə olunan pullar həmin ştatın kasıblarına xərclənəcək.

Bazar günü Meksikada narkotacirlərin xərraca çıxarılmış evlərinin satışı baş tutub. Xərraca çıxırılan 27 evdən 9-u satılıb və bu dövlətə 3 milyon dollar gəlir gətirib.