Ukrayna Radasının yeni tərkibdə içlası 16 saat davam etdi

08:45 30-08-2019 527

Ukraynada Ali Radanın yeni tərkibdə 16 saat davam edən ilk iclası keçirilib.

RİA Novosti” xəbər verir ki, millət vəkilləri parlamentin və Nazirlər Kabinetinin yeni rəhbərliyini seçiblər, deputatların toxunulmazlığının götürülməsi ilə bağlı qanun layihəsini və dgər qərarlar qəbul ediblər.

Ali Radanın gündəliyinə prezidentin təcili olaraq müəyyən etdiyi qanun layihələri daxil olmaqla onlarla qanun əlavə edilib.

İlk dəfə olaraq Ukrayna prezidenti Vladimir Zelenski Ali Radanın iclasında tam iştirak edib. Gecəyə yaxın spiker Dmitriy Razumkov radanın ilk iclasını yekunlaşdırıb.

Sentyabrın 3-də Ali Radanın ikinci sessiyası keçiriləcək, parlament plenar rejimdə fəaliyyətini davam etdirəcək.