Rusiyada məktəblilərin yay tətilləri oktyabra kimi uzadıla bilər

08:54 30-08-2019 650

Rusiya Dövlət Dumasının üzvü Vasiliy Vlasov məktəblilərin yay tətillərini oktaybrın 1-ə kimi uzadmağı təklif edib.

Life” xəbər verir ki, onlar daha yaxşı istirahət edib və iş təcrübəsi toplaya bilərlər.

Millət vəkili bu təkliflə baş nazirin müavini Tatyana Qolikovaya müraciyət edib. Onun fikrincə yeni qaydanı test olaraq Uzaq Şərqdə tətbiq etmək olar.

Deputat təklifini uşaqların yay tətillərindən sonra yorğunluğu ilə izah edib. İstirahətdən başqa əlavə vaxtda yuxarı sinif şagirdləri həmçinin iş təcrübəsi də toplamaq imkanı qazanacaqlar.