Telman İsmayılovun İsveçrədəki hesablarına həbs qoyuldu

11:18 30-08-2019 620

Sürix Şəhər Prokurorluğu borcların ödənilməsi məqsədilə "Çerkizov" bazarının keçmiş sahibi Telman İsmayılovun İsveçrədəki hesablarına həbs qoyub.

Hazırda VTB-yə məxsus olan "Bank Moskva"nın nümayəndələri həbsin qoyulması üçün avqustun 19-da məhkəməyə müraciət ediblər.

Məhkəmə vəsatəti iki gündən sonra təmin edib. T.İsmayılovun yerləşdirdiyi pulların məbləğinə dair hələ məlumat yoxdur.

Daha əvvəl milyarderin Moskvadakı daşınmaz əmlakı müsadirə edilmişdi.

Qeyd edək ki, T.İsmayılov dələduzluqda şübhəli bilinir.