"Qarabağ" Delarjla yollarını ayırdı

13:18 30-08-2019 811

Ağdamın "Qarabağ" klubu Con Delarjla yolları ayırıb.

Klubun mətbuat xidmətindən HerGun.Az-a verilən məlumata görə, futbolçu ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib və 29 yaşlı konqolu futbolçuya azad agent statusu verilib. 

Qeyd edək ki, C.Delarj 2018-ci ilin iyulunda Türkiyənin "Bursaspor" klubundan "Qarabağ"a transfer olunub. Konqolu hücumçu ilə üç (2+1) illik müqavilə imzalanıb.

2019-cu ilin yanvarında o, baş məşqçi Qurban Qurbanovun qərarına əsasən, əvəzedici heyətə göndərilib.

Samir İsayev