Aygün Kazımova: Deyilənlərə inanmayın, Faiq dostumdur - VİDEO

10:36 24-06-2019 789

Xalq artisti Aygün Kazımova sənət yoldaşı Faiq Ağayevlə münasibətlərinin normal olduğunu bildirib.

Bundan əvvəl izləyicilərin əksəriyyəti Xalq artisti Faiq Ağayevin “Facebook” hesabında yazdığı “Onun kimisən - göylərdə uçan quşlara da borclusan, hallı-qallı. Heç kimə maraqlı deyilsən, amma tiryək udub, hələ də özünə “kraliça” deyirsən, zavallı” statusunun A.Kazımovaya ünvanlandığını zənn edirdilər.

Lakin F.Ağayev bu iddiaları inkar etmiş, müğənni ilə münasibətlərinin əla olduğunu demişdi.

A.Kazımova HerGun.Az-a məsələ ilə bağlı açıqlama verib:

“Yox, bu yanlış informasiyadır. Deyilənlərə inanmayın. Faiq mənim dostumdur. Bizim münasibətimiz davam edir”.

Rəşad Əliyev