Rəşad Sadıqov püşkatmanı dəyərləndirdi: Əlimizdən gələni edəcəyik

16:27 30-08-2019 980

"Sevilya" klubu bu turnirin favoritlərindən biridir, beş dəfə Avropa Liqasının qalibi olub.

HerGun.Az xəbər verir ki, bu fikirləri "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov Avropa Liqasının püşkatmasını dəyərləndirərkən deyib.

"Ümumilikdə maraqlı qrupa düşdük. APOEL-lə bu mövsüm qarşılaşdıq, aramızda gərgin mübarizə şəraitində iki oyun keçdi və onlar növbəti mərhələyə yüksəldi. "Düdelanj"la isə üç il əvvəl oynamışdıq, ilk oyunda qalib gəlmişdik, cavab matçında isə son dəqiqələrə qədər məğlub olurduq, lakin sonda bərabərlik qolunu vurmuşduq. Əlimizdən gələni edəcəyik ki, qrupun sonunda nəticələr bizim üçün yaxşı olsun".

Qeyd edək ki, bu gün Monakoda UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. A qrupunda komandamızla yanaşı, "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj" (Lüksemburq) mübarizə aparacaq.

Samir İsayev