Üç şəhərin baş planının tərtibi üçün pul ayrıldı - Yarım milyona yaxın

16:36 30-08-2019 1227

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Goranboy, Gədəbəy və Astara şəhərlərinin baş planlarının tərtibi işlərinin satın alınması üzrə üç tenderin nəticələrini açıqlayıb.

Komitənin məlumatına görə, müvafiq olaraq "İNTEGRİS" MMC-yə 140 095 manat, "Azərdövlətlayihə" DBLİ-yə 148500 manat və "EL&EN" firmasına 153 000 manat ödəniləcək.

Qeyd olunan təşkilatlarla satınalma müqaviləsi bağlanıb.

Aqşin Kərimov