Məşhur milyarder yuxuda ikən öldü

06:18 31-08-2019 1075

“Tetra Pak” transmilli korporasiyasının banisi, 93 yaşlı iş adamı Hans Rausinq vəfat edib.

Reuters-in xəbərinə əsasən, bu barədə iş adamının ailəsi məlumat verib.

O, Britaniyadakı evində, yuxuda ikən dünyasını dəyişib. Rausinq 1950-ci illərdən “Tetra Pak”a rəhbərlik edir və şirkəti ailə biznesindən transmilli korporasiyaya çevirib.

Şirkətin illik dövriyyəsi 10 milyard avrodan çoxdur. Rausinqin sərvəti 12 milyard dollardır.