Kennedinin qatili Sərxanı ABŞ həbsxanasında bıçaqladılar

16:00 31-08-2019 788

ABŞ senatoru və prezidentliyə namizəd olan Robert F. Kennedinin qatili Sərxan Sərxana Kaliforniya həbsxanasında hücum olunub. O, bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə TMZ mənbələrə istinadən xəbər verir.

Sərxan 1968-ci ildə, Los-Ancelesdə Robert Kennediyə, seçkiqabağı kampaniyası zamanı hücum etdiyinə görə ömürlük həbs cəzasına məhkum olunub.

Hazırda o, Kaliforniyadakı Riçard C.Donovan həbsxanasında saxlanılır.

Mənbədən bildirildiyinə əsasən, avqustun 30-da, günorta vaxtı həbsxananın həyətində bıçaqlanan 75 yaşlı Sərxan mühafizəçilər tərəfindən tapılıb. 

Hazırda onun vəziyyətinin stabil olduğu deyilir.