Alman yeniyetmə bu xüsusiyyətinə görə "Ginnesin rekordlar kitabı"na düşdü - FOTO

20:36 31-08-2019 1335

Berlində yaşayan 16 yaşlı yeniyetmə "Ginnesin rekordlar kitabı"na düşüb.

Almaniyanın "Radiowestfalica" nəşrinin məlumatına görə, Lars Motsa adlı şəxs ayaqlarının böyüklüyünə - ayaqqabı ölçüsünə görə hər kəsdən fərqlənir.

Onun pəncəsinin uzunluğu təxminən 35 santimetrə çatır ki, bu da beynəlxalq təsnifatlaşdırmada 57 ölçüyə bərabərdir.

Maraqlıdır ki, bu ölçüdə mağazalarda ayaqqabı satılmadığı üçün yeniyetmə onları sifarişlə tikdirir.