Almaniyada konsert zamanı səhnə uçdu, yaralılar var - VİDEO

02:00 01-09-2019 1141

Almaniyanın Essen şəhərində konsert zamanı səhnə uçub.

Bu barədə WDR xəbər yayıb.

Hadisə rep ifaçıları Casper və Merterin konserti zamanı baş verib.

Səhnə konstruksiyasının çökməsinə hava şəraiti səbəb olub.

İnsident nəticəsində 20 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti xüsusilə ağırdır.

Konsert təxirə salınıb.