ABŞ-da atışma olub: ölən və yaralananlar var – VİDEO/FOTO

04:36 01-09-2019 1042

ABŞ-ın Texas ştatının Midlend-Odessa aqlomerasiyasında baş verən atışma nəticəsində 5 nəfər ölüb, ən azı 21 nəfər yaralanıb.

Polis atəş açanın artıq öldürüldüyünü bildirib.

Hadisə “Home Depot” mağazasında baş verib.

Polisin yaydığı məlumata əsasən, atışmanı iki nəfər törədib. Onlar iki avtomobildə hərəkət ediblər.