Alimlər 50 yaşdan sonra intim həyatın olmamağının zərərini izah etdilər

06:18 01-09-2019 1133

Raskin Universitetinin alimləri 50 yaşdan sonra insanlarda intim həyatın olmamağının nə ilə nəticələndiyindən danışıblar. 

Bu barədə “Aktual xəbərlər” nəşri yazır.

Araşdırmalarda təxminən 6 min yaşlı kişi və qadının iştirak etdiyi bildirilir.

Alimlərin sözlərinə görə, cinsi əlaqənin olmamasından ən çox kişilər əziyyət çəkirlər. Belə ki, kişilərin 63% -də onkoloji xəstəliklərin yaranma riski artır.

Tədqiqatçılar, həmçinin, intim əlaqələrdən çəkinən qadınlarda əhval-ruhiyyənin pisləşdiyini və kefin korlandığını bildirirlər.

Eyni zamanda alimlər qeyd edirlər ki, aktiv intim həyat artrit və diabetin yaranma riskinin azalmasına gətirib çıxarır.