Yeni Zelandiyada delfin qadağası işə başladı

06:45 01-09-2019 1329

Yeni Zelandiyanın Adalar körfəzində turistlərə afalin delfinləri ilə çimmək qadağan olundu.

Bu barədə “Lonely Planet” məlumat verir.

Qadağa Yeni Zelandiyanın bu regionunda heyvanlarla çimmə ekskursiyaları təşkil edən turizm operatorlarının işinə aiddir.

Ölkənin Təbiətin Mühafizəsi Departamentinin (DOC) araşdırmasına görə, turistlər delfinlərlə çox vaxt sərf edirlər və nəticədə, onların təbii həyat ritmi pozulur ki, bu da onların sayının azalmasına gətirib çıxarır.

İnsanlarla tez-tez təmasda olduğundan, delfinlər yuxu, qida axtarışı və balalarını bəsləməyə daha az vaxt ayırırlar.

Yeni Zelandiyadakı afalinlər nəsli kəsilmək təhlükəsi altında olan növ kimi təsnif edilir.

Mütəxəssislərin məlumatına görə, körfəzə qayıdan heyvanların sayı 1999-cu ildən bəri iki dəfədən çox azalıb. Həmçinin körfəzdə bu delfinlərin balalarının ölüm səviyyəsi yüksək - 75%-ə yaxındır.