“Yuventus” – “Napoli” görüşündə 7 qol - VİDEO

08:09 01-09-2019 1559

“Yuventus” futbol klubu əlavə olunan vaxtda “Napoli”nin qapısından həlledici topu keçirərək, İtaliya çempionatının ikinci turunun ev matçında 4:3 hesabı ilə qalib gəlib.

TASS-ın məlumatına görə, “Yuventus” 3:0 hesabı ilə öndə idi. Lakin qonaqlar hesabı bərabərləşdirə biliblər. Görüşün taleyini qonaqların müdafiəçisi Kalid Kulibalinin avtoqolu həll edib.

“Yuventus” iki görüşdən sonar 6 xal yığaraq turnir cəədvəlində liderik edir. Doqquzuncu turun oyunları iki həftə sonar keçiriləcək.

Qollar Danilo (16), İquain (19), Ronaldo (62),  Manolas (66), Losano (68), Di Lorenso (81), Kulibali (90+2) tərəfindən vurulub.