İkinci Dünya Müharibəsinin başlamasından 80 il keçir – ARXİV VİDEO

14:45 01-09-2019 765

Bu gün tarixin ən böyük faciələrindən biri olan İkinci Dünya Müharibəsinin başlanmasının il dönümüdür.

HerGun.Az xəbər verir ki, 80 il öncə, 1939-cu ilin 1 sentyabrında Almaniyanın Polşaya girməsi ilə başlayan müharibə 6 il davam etmişdi.

Bundan iki gün sonra Böyük Britaniya və Fransa Almaniyaya müharibə elan etdi.

1940-cı ilin aprel – iyun aylarında alman faşist qoşunları Danimarka və Norveçi işğal etdi. 10 mayda isə vermaxt gücləri Belçika, Niderland, Lüksemburq və onların ərazisindən Fransanı işğal etdi.

Həmin ilin 10 iyununda İtaliya Almaniyaya dəstək olaraq müharibəyə qoşuldu.

Hitler və onun tərəfdarları 1941-ci ilin aprelində Yunanıstan və Yuqoslaviyanı tutdular.

Müharibənin yönü tədricən Avropadan digər kontingentlərə yayılırdı. İtaliya-alman birgə qüvvələri Şimali Afrikaya tərəf hərəkətə keçdilər.

1941-ci ilin 22 iyununda isə Almaniya qoşunları Sovet İttifaqının sərhədlərinə çatdı.

Dünyanın ən böyük insan fəlakəti hesab olunan müharibədə 61 dövlət iştirak etmişdi.

O dövrlərin arxiv video materiallarını təqdim edirik.