Kompüter sisteminin çökməsi Fransada aviasiyanı iflic etdi

16:54 01-09-2019 639

Fransada təyyarə reysləri kütləvi təxirə salınıb.

TASS xəbər verir ki, uçuşların plan mərkəzindəki kompüter sistemində yaranmış nasazlıq səbəbindən ölkənin hər yerindəki aviareyslər dayandırılıb.

Gecə saaat 02:30-da dayanmış sistemi bu gün 12:30 radələrində bərpa etmək mümkün olub.

Hadisə nəticəsində gecikmələr olsa da, sərnişinlərin səhhətlərində hər hansı problem yaşanmayıb.

Hazırda tədricən reyslərin bərpa oluunması üçün iş gedir.