Nə üçün qadınlarla mübahisə etmək mənasızdır?

18:27 01-09-2019 942

İsveçdən tədqiqatçıları kişilərin qadınlarla mübahisə etməsinin nə üçün fayda vermədiyini öyrəniblər. 

"Daily Mail" yazır ki, alimlər söhbət zamanı qadınların müxtəlif detallara kişilərdən daha çox diqqət yetirdiklərini və söhbət əsnasında onları asanlıqla xatırlaya biləcəklərini təsbit ediblər. Məsələn, qadın çox zaman kimin nə dediyini və itən əşyaların yerini yadda saxlaya bilir.

Zərif cins mübahisə zamanı üstünlüyə malikdir, çünki onlar müxtəlif yaş dövrlərindəki hadisələri dəqiq xatırlaya bilirlər - inkişaf etmiş epizodik yaddaşa sahibdirlər. Elə məhz bu amil qadınlarla mübahisəyə başlamağın faydasız olduğundan xəbər verir.

Tədqiqatlar həmçinin göstərir ki, qadınlar üzləri və qoxuları daha yaxşı xatırlayır.

Ekspert qrupu  1973-2013-cü illərdə apardıları 617 tədqiqatdan sonra bu nəticəyə gəliblər. Təcrübələrdə 1,2 milyon insan iştirak edib.