Polşa Almaniyadan hesab tələb edəcək

20:45 01-09-2019 615

Polşa prezidenti Ancey Duda bildirib ki, ölkə hökuməti II Dünya müharibəsi illərində dəyən ziyana görə Almaniyadan təzminat tələb edəcək.

"RİA Novosti"nin yazdığına görə, prezident Almaniyanın "Bild" nəşrinə müsahibəsində belə deyib.

Duda qeyd edib ki, parlament komissiyası yaxın günlərdə bu məsələ ilə bağlı məruzə üzərində işini yekunlaşdıracaq.

Onun fikrincə, təzminatın ödənməsi "məsuliyyət və əxlaq məsələsidir".

Duda qeyd edib ki, sözügedən müharibə Polşaya ciddi ziyan vurub.

O, eyni zamanda bu gün Varşava ilə Berlin arasındakı münasibətlərin "dünyanın bir çox xalqları üçün nümunə ola biləcəyini" vurğulayıb.