İsrail Livana cavab zərbəsi endirdi

21:36 01-09-2019 621

Bu gün İsrail ordusu Livanla sərhəddəki hərbi bazanı və hərbi maşınları tank əleyhinə raketlərdən atəşə tutub.

"TASS" İsrail Müdafiə Ordusunun mətbuat xidmətinə istinadən xəbər verir ki, hücum yerli vaxtla saat 16.20 radələrində baş verib. 

Raketlər "bəzi hədəflər"i vurduğu xəbər verilir. İsrail hərbçiləri Livanın cənubundakı hədəflərə cavab atəşi açıblar. 

Bundan əvvəl İsrail ordusu ölkənin şimalındakı sərhəd rayonlarına Livan ərazisindən tank əleyhinə raket buraxıldığı barədə məlumat vermişdi. Eyni zamanda İsrail hərbçiləri Livanla sərhəddəki sakinləri ev-eşiklərini tərk etməməyə çağırmışdı.