"Dorian" qasırğası ən yüksək səviyyəyə çatdı

00:36 02-09-2019 426

Atlantik okeanda meydana çıxmış "Dorian" qasırğası beşinci - ən yüksək kateqoriya həddinə çatıb. "RİA Novosti"nin ABŞ qaırsğaların izlənməsi üzrə Milli mərkəzə istinadən xəbərə görə, küləyin sürəti saatda 257 kilometr təşkil edir. 

Yaxın vaxtlarda Abako adası qasırğanın episentrinə düşəcək. Mərkəzin "Twitter" səhifəsindəki məlumatda belə deyilir.

Sinoptiklər qeyd edirlər ki, bazar ertəsi Abako və Baham adalarında qasırğa, güclü külək və leysan gözlənilir, bu isə ciddi daşqınlara səbəb ola bilər. 

ABŞ prezidenti Donald Tramp da gözlənilən qasırğa ilə bağlı özünün "Twitter" səhifəsində yazıb: "Görünür, Cənubi Karolina bizim əvvəl düşündüyümüzdən daha çox zərər görəcək. Bu, elə Corciya və Şimali Karolinaya da aiddir".

Dövlət başçısı onu da bildirib ki, "Dorian" son onilliyin ən güclü qasırğası ola bilər.