Təğyiri-libas olan kraliça turistlərlə zarafat etdi: onu tanımadılar

01:00 02-09-2019 749

Böyük Britaniya kraliçası ABŞ-dan gələn turistlərlə zarafat edib. Onlar başına yaylıq bağlamış, sadə geyim geymiş monarxı tanıya bilməyiblər. 

II Yelizaveta gündəlik geyimdə Şotlandiyadakı iqamətgahı yaıxnlığında gəzintiyə çıxıbmış. Qəsrə ekskursiyaya gəlmiş amerikalılar onunla qarşılaşıblar və qadının bu vaxtadək kraliçanı görüb-görmədiyini soruşublar. Yelizaveta indiyədək kraliça ilə qarşılaşmadığını söyləyib, sonra da polis nəfərinə işarə edib: "Baxın o, yəqin ki, nə vaxtsa kraliça ilə qarşılaşıb". 

Xəbəri kp.ru saytı "Daily Record" nəşrinə istinadən yayıb. Məlumatda deyilir ki, II Yelizavetanın işaə etdiyi həmin polis nəfəri 30 ildən çox monarxla yaxın ünsiyyətdə olan Riçard Qriffin imiş. 

Kraliça turistlərə yaxınlıqda yaşadığını söyləyib və amerikalılar aralandıqdan sonra gəzintisinə davam edib.

II Yelizaveta ziyafətlərə və tədbirlərə parlaq geyimlərdə gəlir, adi günlərdə isə çox sadə geyimlərə, açıq rənglərə üstünlük verir, o hətta rezin uzunboğaz çəkmələrdə gəzməyi xoşlayır.