Kanada təyyarəsinin Yaponiya səmasında qabaq şüşəsi çartladı

03:18 02-09-2019 831

Kanadanın “Air Canada” aviaşirkətinə məxsus olan təyyarə Tokionun (Yaponiya) Narita hava limanında təcili eniş edib.

TASS xəbər verir ki, Kanada aviaşirkətinə məxsus “Boeing 787” Şanxaydan (Çin) Vankuver (Kanada) istiqamətində yola düşüb. Lakin təyyarənin ön şüşəsində bir çat əmələ gəlib.

Nəticədə ekipaj Yaponiyaya təcili eniş etmək qərarına gəlib. Təyyarənin göyərtəsində olan 299 sərnişinin və ekipaj heyətindən xəsarət alan olmayıb.