10 yaşlı qız telefonunun doldurulması zamanı cərəyəndan öldü

06:09 02-09-2019 770

Mordoviyada (Rusiya Federasiyası) 10 yaşlı qız telefonunun qüvvə ehtiyatının doldurulması zamanı elektrik cərəyanı vurub öldürüb.

RBK xəbər verir ki, bu haqda regionun İstintaq Komitəsi bildirib.

Hadisə sentyabrım 1-də Böyük Berezniki kəndində baş verib.

İstintaq məlumatlarına əsasən, məktəbli telefonu rozetkaya qoşulmuş halda istifadə edib.

Uşağı huşsuz vəziyətdə tapan anası təcili tibbi yardım çağırıb. Lakin həkimlər qızı həyata qaytara bilməyib.

Hazırda istintaq hadisənin təfrrüatlərının aydınlaşdırmaq üçün lazimi əməliyyat tədbirləri görür.