BMT İsrail və Livanı sülhə çağırır

07:54 02-09-2019 648

BMT-nin baş katibi Antoniu Quterreş İsrail və Livanı təmkinli olmağa və 2006-cı ildə əldə olunmuş atəşkəs razılaşmsına əməl etməyə çağırıb.

RİA Novosti” xəbər verir ki, bunu baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

Onun sözlərinə görə, Quterreş tərəfləri “bütün hərbi əməliyyatlara son qoymağa” və son dərəcə təmkinlilik nümayiş etdirməyə çağırıb.

2006-cı ildə BMT-nin qəbul etdiyi qətnamədə İsrail və Livanın atəşkəsə gətirilməsi haqda qərar qəbul olunub.