İspaniyada məscid atəşə tutuldu

15:18 24-06-2019 1028

İspaniyanın Seuta şəhərindəki “Muley əl-Mehdi” məscidinə naməlum şəxs və ya şəxslər tərəfindən hücum olub.

Haber7-nin məlumatına görə, hücum insanların namaz qıldığı vaxt baş verib.

İnsident zamanı məscidə silahdan dörd dəfə atəş açılıb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, Mərakeşin tərkibində olan Seuta İspaniyaya mənsubdur. Əhalinin 43 faizini müsəlmanlar təşkil edir.

Samir İsayev