"Qəbələ" ona tapşırıldı

16:00 02-09-2019 498

"Qəbələ" futbol klubunun baş məşqçisi vəzifəsini icra edəcək şəxsin adı məlum olub. 

HerGun.Az klubun saytına istinadən xəbər verir ki, yeni baş məşqçi təyin olunana qədər bu funksiyanı əsas komandanın məşqçilər korpusunda yer alan Elmar Baxşıyev yerinə yetirəcək.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının III turunun "Keşlə" ilə oyunundan (0:4) sonra Sənan Qurbanov baş məşqçi vəzifəsindən istefa verib.