Bu fermerlər iki il subsidiya ala bilməyəcək

17:00 02-09-2019 976

Azərbaycanda əkin sahəsi barədə Kənd Təsərrüfatı Sisteminə yalan məlumat verən fermer subsidiyadan məhrum edilə bilər. 

HerGun.Az-ın məlumatına görə, bunu mətbuat konfransında Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

Onun sözlərinə görə, sistemə fermer tərəfindən daxil edilən infomasiya operativ yoxlanılacaq:

"Aparılan araşdırma zamanı əgər daxil edilən informasiyada 5 faizə qədər səhv məlumat aşkarlanarsa, həmin 5 faiz silinəcək və fermerə qanuni düşən subsidiya veriləcək.

Əgər məlumatda 20 faiz xəta aşkarlanarsa, həmin fermerin qanuni subsidiyası 30 faiz azaldılacaq.

Əgər xəta 30-50 faiz artırılıbsa, 50 faizdən artıq olarsa, fermer iki il subsidiyadan məhrum ediləcək", - deyə nazir müavini qeyd edib.

İlhamə Əbülfət