ABŞ-da faciə: 34 nəfər gəmidə diri-diri yandı

18:00 02-09-2019 635

Kaliforniya sahillərindəki gəmidə baş verən yanğın nəticəsində 34 nəfər həyatını itirib.

Bu barədə "KTLA" telekanalı yerli yanğından mühafizə idarəsinə istinadən xəbər yayıb.

İnsident Santa-Kruz rayonunun Ventura dairəsində qeydə alınıb. Los-Ancelesin sahil mühafizə xidmətindən bildirilib ki, hadisə yerinə xilasedici komanda yollanıb. Ekipajın bir neçə üzvünü xilas etmək mümkün olub.

Təxliyyə işləri davam edir.