Türkiyə Rusiya ilə qırıcılarla bağlı danışıq aparmır - Nazir

19:45 02-09-2019 712

Rusiya və Türkiyə hazırda Su-35 və Su-57 qırıcılarının alınmasına dair danışıqlar aparmır.

"RİA Novosti" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, Rusiyadan təyyarə alınması ehtimalları ilə bağlı sualı cavablayıb.

"Xeyr. Biz hazırda F-35 proqramının üzvüyük", - deyə nazir Su-35 və Su-57 qırıcılarının alınması ilə bağlı Rusiya və Türkiyə arasında danışıqlara dair suala cavabında bildirib.