Sinqapurda təyyarəyə bilet alıb, uçmaq istəməyən sərnişin həbs edildi

02:09 03-09-2019 1290

Sinqapurda qəribə həbs hadisəsi olub.

"RİA Novosti" xəbər verir ki, təyyarəyə bilet alan vətəndaş uçmaqdan imtina etdiyi üçün həbs edilib.

Bunun üçün o, 13 min avro cərimə ödəməli və iki il həbsdə qalmalıdır.

Sərnişin bileti uçmaq üçün deyil, neytral zonada sevgilisi ilə görüşmək üçün alıbmış.

Yerli qanunlara görə isə tranzit zonaya yalnız uçmaq icazəsi olan adamlar girə bilərlər.

Polis bildirib ki, əgər sərnişin təyyarəyə minməyəcəksə, neytral zonada ola bilməz.

Qeyd edək ki, daha əvvəl 33 sərnişin eyni cəzaya məruz qalıb.