Rusiya Təhlükəsizlik Şurasının katibi Bakıya gəlir - Usubovla görüşəcək

11:54 03-09-2019 1282

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana səfər edəcək.

TASS xəbər verir ki, səfər sentyabrın 4-də baş tutacaq. 

Səfər zamanı Patruşev Bakıda Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və iki ölkənin bir sıra nazirlik və qurumların nümayəndələri ilə təhlükəsizliyə dair Rusiya-Azərbaycan məsləhətləşmələri aparacaq.