"Su-25UB" təyyarəsi Şimali Qafqazda qəzaya uğradı

16:45 03-09-2019 1095

"Su-25UB" hücum təyyarəsi Rusiyanın Stavropol diyarında qəzaya uğrayıb. 

TASS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, sentyabrın 3-də Stavropol diyarında təlim-tədris uçuşu zamanı "Su-25UB" təyyarəsi qəzaya uğrayıb. Hazırda axtarış-xilasetmə xidmətinin mütəxəssisləri iki pilotun axtarışlarını aparır.

Qeyd olunub ki, uçuş döyüş komplekti olmadan yerinə yetirilirdi. Təyyarə ucqar bir yerə düşüb.