Bakıda 43 yaşlı kişi bıçaqlandı

22:36 03-09-2019 531

Binəqədi qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az-ın verdiyi xəbərə görə, Rəsulzadə qəsəbəsində 1976-cı il təvəllüdlü Fərhadov Vüqar Məmmədəli oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan V.Fərhadov cərrahi əməliyyat olunub. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu