Bu biabırçılıqdır – Ölüm xəbəri yayılan Xalq artisti qəzəbləndi

08:54 04-09-2019 783

Caz ustadı, Xalq artisti Cavan Zeynallının ölüm xəbəri yayılıb. Bu haqda sosial şəbəkələrdə yer alan səyfələr paylaşımlar ediblər.

Məsələ ilə bağlı HerGun.Az Xalq artisti C. Zeynallı ilə əlaqə yaradıb.

Cazmen haqqında yayılan xoşaqəlməz xəbərin dezinformasiya olduğunu söylədi : "Dünənən gecədən səhərə kimi telefonlarım susmayıb. Hamı mənə zəng vurub, deyir ki, Cavan müəllim hər şey qaydasındadır, səhhətiniz yaxşısınız ? Bu ucuz sensasiyadan başqa bir şey deyil. Bu biabrçılıqdır. İllər öncə mənim başıma eyni hadisəni gətirmişdilər. Şəklimi internetdə yayıb yazmışdırlar ki, Cavan rəhmətə gedib. Mən heç bilmirəm bu kimi xəbərləri yayanlar kimlərdir. Belə şey etmək olmaz. Haml narahatçılıq keçirir".

Rəşad Əliyev