Azərbaycan-Ermənistan sərhədində monitorinq keçirildi

12:00 04-09-2019 553

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinq keçirilib.

Müdafiə Nazirliyinin məlumatına görə, monitorinq insidentsiz başa çatıb.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçiriblər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və Martin Şuster aparıblar.